Avropa klubu "Kəpəz"ə lazımi sənədləri göndərmir

25.10.2022 14:34 535
Premyer-liqa / Manşet
"Kəpəz"in problemli mövqelərindən biri də qapı xəttidi.

Football-plus.az xəbər verir ki, Kamran İbrahimovla Orxan Sadıqlı ümidləri doğrultmur. Hazırda komandanın düşərgəsində xorvatiyalı Mario Mustapiç yer alsa da, nə onunla rəsmi müqavilə bağlanıb, nə də çempionatda debüt edib. Baş məşqçi Tərlan Əhmədov "Qəbələ" ilə səfər qarşılaşmasından sonra mətbuat konfransında legioner haqda bunları dedi:

"Xorvat qapıçını heyətə cəlb etsək də, sənəd problemi ilə üzləşmişik. Ona görə də hələ ki Orxan Sadıqlıya şans veririk".


Detalları aydınlaşdırmaq üçün klubun mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Onun söylədikləri belə oldu:

"Xorvat qapıçıyla razılığa gəlmişik. Sadəcə, son klubu "Rudeş"dən lazımi sənədlər göndərilmədiyi üçün rəsmi müqavilə və debüt gecikir. Ümid edirik ki, tezliklə bu məsələni həll edəcəyik".


Maraq üçün qeyd edək ki, Mario Mustapiç 1999-cu ildə dünyaya göz açıb. Futbolun sirlərini "Maksimir"də öyrənməyə başlayıb. İlk peşəkar klubu isə "Dubrava" olub. Daha sonra "Rudeş"də çıxış edib. 187 sm boya malik qapıçının dəyəri transfermarkt.com saytında 350 min avro göstərilib. Həmçinin xorvatiyalı "Kəpəz"in futbolçusu kimi təqdim olunub. Belə ki, Marionun 2023-cü il iyunun 30-dək Gəncə təmsilçisiylə müqaviləsi olduğu göstərilib.

ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul