Dadaşovun komandası 3 xalı 4 qolla qazandı

24.10.2022 09:42 378
Dünya futbolu
İsveçrə çempionatının 13-cü turunda milli komandamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Qrasshopper" növbəti matçını keçirib.

"Footbal-plus.az" xəbər verir ki, komanda "Sürix"lə üz-üzə gəlib. Dadaşovun komandası bu oyundan qələbə ilə ayrilib - 4:1.

Millimizin üzvü 78-ci dəqiqədə meydanda daxil olub. Qələbədən sonra "Qrasshopper" 17 xalla 6-cı pillədədi.