"Göstərdiyimiz oyunla fəxr edirik" - De Brüyne

19.10.2022 15:23 369
Dünya futbolu
"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne "şəhərlilər"in "Qızıl top"un təltifetmə mərasimində ilin komandası adına layiq görülməsi barədə danışıb.

"Footbal-plus.az" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi deyib:

Həmçinin oxuyun: İlin komandası məlum oldu

“Səkkiz ildi ki, buradayam. Elə bir ailəyə gəlmişəm ki, insanları xoşbəxt edən bir oyun fəlsəfəsini tətbiq edirlər. Biz düzgün futbol oynamaq və gənclərin də bu istiqamətdə yetişməsini istəyirik.Çox şey qazandıq. Hər şey heyrətamiz idi. Bəli, Çempionlar Liqasını qazana bilmədik. Amma göstərdiyimiz oyunla fəxr edirik".


Qeyd edək ki, ÇL-in son qalibi "Real"dır.

Xatırladaq ki, Kevin 2015-ci ildən "Mançester Siti"də oynayır.