"Mançester Siti" qapıçısını "Sauthempton"a satdı

17.06.2022 23:33 411
Dünya futbolu
"Mançester Siti" qolkiper Kevin Bazununu satıb.

"Football-plus.az" xəbər verir ki, irlandiyalı qapıçı "Sauthempton"a transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı kiperlə 5 illik müqavilə imzalanıb. Klub "şəhərlilər"ə bu keçidə görə 14 milyon avro ödəyəcək.

2018-ci ildən "Mançester Siti"də çıxış edən qapıçı daha çox digər komandalarda icarədə oynayıb. O, geridə qalan mövsümü İngiltərənin 1-ci liqa təmsilçisi "Portsmunt"un heyətində başa vurub. Kevin adıçəkilən komandada 46 matça çıxıb.