O "Mançester Siti"də yeni kapitan oldu

15.08.2022 14:53 443
Dünya futbolu
Fernandinyonun gedişindən sonra "Mançester Siti"nin yeni kapitanı müəyyənləşib.

"Football-plus.az" "The Telegraph"a istinadən xəbər verir ki, "şəhərlilər"in yeni kapitanı İlkay Gündoğan seçilib.

O, buna qədər vitse-kapitanı idi. İndi isə vitse-kapitan Kevin de Brüyne olacaq.