"Milan"dan "Latsio"ya

20.06.2022 21:52 480
Dünya futbolu
"Milan"ın müdafiəçisi Alessio Romaynoli gələcək karyerası ilə bağlı qərar verib.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı oyunçu "Latsio"da çıxış edəcək. Bu barədə məlumatı italiyalı jurnalist Nikolo Skira verib.

Mənbənin məlumatına görə, müdafiəçi ilə Roma təmsilçisi arasında 5 illik müqavilə imzalanacaq. İtaliyalı oyunçu ildə 3,2 milyon avro qazanacaq.

Qeyd edək ki, Romanyoli "Latsio"ya azad agent statusu ilə keçəcək.