"Qarabağ" bu nəticəyə görə dünyada 5-cidi

18.10.2022 09:15 3 203
Aktual / Manşet
Dünya liqalarında davam edən ən uzun məğlubiyyətsizlik seriyaları açıqlanıb.

Football-plus.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" da ən yaxşılar siyahısında yer alıb.

Qurban Qurbanovun yetirmələri 29 oyundu uduzmur. Misli premyer-liqasında cari mövsümündə 9 matçda məğlub olmayan Ağdam klubu ötən çempionatı 20 oyunluq seriya ilə başa vurub.

Bu, hazırda dünyada 5-ci göstəricidi “Srvena Zvezda” hamıdan öndədi. Ardıcıl 37 matçdı uduzmayan Serbiya klubu digərləri üçün əlçatmazdı.

“Darul Takzim” Malayziya çempionatında 34 görüşdü uduzmur. Üçüncü yerin iki şəriki var. Çexiya “Viktoriya”sı və Tacikistan “İstiklol”u 31 qarşılaşmadan xalsız ayrılmayıb.

Qeyd edək ki, “Qarabağ” cari mövsümdə nəinki uduzmayıb, hətta xal da itirməyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul