Rusiya çempionatında “Dinamo”nu səfərdə 2:0 hesabı ilə məğlub edən “Zenit” liderliyini bir qədər də möhkəmləndirib.
"Football-plus.az" xəbər verir ki, son çempion artıq 19 oyundu Moskva klublarına uduzmur. Sergey Semakın komandası 10 oyuna 26 xal toplamaqla premyer-liqada ən yaxşı startını reallaşdırıb. Qeyd edək ki, “Zenit” bununla 2014/15 mövsümündə özünün, 2002-ci ildə “Lokomotiv”in, 2015/16 mövsümündə isə ÇSKA-nın rekordunu təkrarlayıb.