"Neftçi"ni Gəncədə hansı sürpriz gözləyir? - AÇIQLAMA

15.10.2022 21:33 566
Premyer-liqa / Manşet
Sabah Misli premyer-liqasının 10-cu turunun maraqla gözlənilən matçlarında biri baş tutacaq.

Saat 15.00-da "Kəpəz" doğma meydanda "Neftçi"ni qəbul edəcək. Tarixi derbi həm də uzun müddətdən sonra Gəncədə gercəkləşəcək ilk rəsmi oyun olacaq. Maraqlıdı, yerli azarkeşlər matça necə hazırlaşırlar? Bu haqda məlumat almaq üçün "Xəmsə" fanklubunun fəallarından Müşfiq Məmmədovla əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:

"Açığı, adi oyunlara hazırlaşdığımız kimi hazırlaşırıq. Yuxarı sektor olmadığı üçün uyğun tribuna seçimini stadion dolandan sonra biləcəyik. Növbəti ev oyunları ilə bağlı başqa planlarımız var. Sadəcə, tribunaların aşağı hissəsinin nə qədər effektli olacağı bu oyundan sonra görünəcək".


ŞAİR ABDULLA