Lakin Gəncə təmsilçisi ev matçını doğma meydanda yox, "Dalğa Arena"da keçirib. Yaşar Vahabzadənin yetirmələri 1:2 hesabı ilə məğlub olub.
Həm komandanın oyunu, həm də görüşün Bakıda keçirilməsi ilə bağlı fikirlərini öyrənmək üçün "Kəpəz" azarkeşi Müşfiq Məmmədovla əlaqə saxladıq. O, düşüncələrini football-plus.az saytı ilə bölüşdü:
"Düşünürəm ki, oyun gözləniləndən daha yaxşı keçdi. Bunu oyunçuların istəkli olmasına bağlayıram. Yekun nəticəni isə baş məşqçinin 10 nəfər qalan rəqibdən qorxması təyin etdi.
"Kəpəz"in Gəncədə oynaya bilməməsinə münasibətim mənfidi. Komanda premyer-liqaya "qaytarılanda" Bakıda məşq edib, Gəncəyə oyunlara gəlirdi. İndi əksinə olub - Gəncədə məşq edib, Bakıda oynayır. Bunu ilk növbədə "Kəpəz"in ölkə çempionatına qayıtmasına qərar verənlər fikirləşməlidi.
Tribunalar həqiqətən də yararsızdı. Amma Gəncədə oynamaq üçün alternativin olmaması haqda fikirləri də rədd edirəm. Düşünürəm ki, bu, şəhər rəhbərliyi tərəfindən komandaya ögey münasibət olmasının nəticəsidi.
Nəticə üçün önəmli olan harda oynadığımız yox, necə oynadığımızdı. O da baş məşqçidən asılı olan məsələdi".

İSMAYIL XEYRULLAYEV