“Çelsi”də ciddi itki

27.08.2022 12:10 333
Dünya futbolu
“Çelsi” bir müddət aparıcı oyunçularından birindən yararlana bilməyəcək.

Football-plus.az xəbər verir ki, komandanın zədəli futbolçusu Nqolo Kantenin durumuna aydınlıq gəlib.

O, premier-liqanın 2-ci turunun “Tottenhem”lə oyununda (2:2) sıradan çıxmışdı. Fransalı yarımmüdafiəçi azı 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə komandanın baş məşqçisi Tomas Tuxel açıqlama verib:

“Biz bu haqda danışırıq. Kante 4 həftədən də artıq müddətdə oynamaya bilər. Nqolonu layiqincə əvəz etmək çətindi. O, çox unikaldı. Biz oyunçularımıza güvənirik, ona görə də oyun sistemi əvvəlki kimi qalacaq”.