"Borussiya"da yeni forvard

8.08.2022 22:45 401
Dünya futbolu
Dortmund "Borussiya"sı heyətini yeni oyunçu ilə gücləndirib.

Football-plus.az xəbər verir ki, bundesliqa təmsilçisi "Köln"ün hücumçusu Antoni Modesti transfer edib.33 yaşlı oyunçu tibbi müayinədən keçib və onunla 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb.