“Latsio” heyətini yeni futbolçu ilə gücləndirib.
A seriyası təmsilçisi “Spetsiya”nın qapıçısı İvan Provedeli heyətinə qatıb. İtaliyadan olan 28 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb. “Latsio” bu transferə görə “Spetsiya”ya 2 milyon avro ödəyib. Provedel 2020-ci ildən “Spetsiya”da çıxış edirdi. O, daha öncə “Piza”, “Peruca”, “Modena”, “Pro Verçelli” və “Yuve Stabia” klublarının da formasını geyib.