Azərbaycanda yeni futbol klubu

2.10.2022 18:32 784
Ölkə futbolu
Azərbaycanda yeni futbol klubu yaradılıb.

Bu, Lerik rayonunun eyniadlı təmsilçisidi. Komanda Region Liqasında iştirak məqsədilə AFFA-ya müraciət ünvanlayıb və müsbət cavab alıb.

Cənub təmsilçisi yerli iş adamları tərəfindən maliyyələşdirilir və əsasən gənc futbolçulara üstünlük verir.