Azərbaycanda daha bir klub fəaliyyətini dayandırdı.
“Football-plus.az” xəbər verir ki, Region Liqasının 1/4 finalına vəsiqə qazanan “Energetik” dağılıb. Bu haqda məlumatı Mingəçevir təmsilçisinin prezidenti Ruslan Həmidovdan aldıq:
“Mənə “Energetik” lazım deyil. “Azərenerji” bizə heç bir maddi yardım etmirsə, heç onların adını da istəmirik. Bu gündən komandanı dağıdırıq. Mingəçevir üçün yeni klub yaranacaq. Hər şey daha yaxşı və peşəkar olacaq”.
Ruslan Həmidovun geniş müsahibəsini “Futbol+” qəzetinin sabahkı sayında oxuya bilərsiz.
Qeyd edək ki, bu xəbəri 2 həftə öncə “Football-plus.az” saytı özəl olaraq yazmışdı.
İLKİN SULTANLI