"Qomel" Konfrans Liqasındakı ev oyunlarını Azərbaycanda keçirə bilər.
"Football-plus.az" xəbər verir ki, bu məlumatı Belarus mətbuatı yayıb. Klubun ev oyunlarını həmçinin, Gürcüstan və Ermənistanda keçirə bilər.
Xəbərdə "Qomel"in 2 variantı daha çox götür-qoy etdiyi bildirilib. Söhbət Azərbaycan və Ermənistandan gedir.
Qeyd edək ki, UEFA Belarus millisinin və klublarının ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.
Belarus klubu Konfrans Liqasındakı ev oyunlarını Azərbaycanda keçirə bilər - İDDİA
Dünya futbolu




