İsrailin "Aşdod" klubunda çıxış edən Fares Abu Akel karyerasını Azərbaycanda davam etdirməyə yaxındı.
"Football-plus.az" xəbər verir ki, o, "Qəbələ"yə keçmək üzrədir. Bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilir ki, 25 yaşlı yarımmüdafiəçi artıq Azərbaycan klubu ilə anlaşıb.
Baha əvvəl İsrail mətbuatı Fares Abu Akellə "Neftçi"nin maraqlandığını yazıb. Ancaq klub xəbəri təkzib edib.