Ceyson Denayer özünə yeni iş yeri tapıb.
Football-plus.az xəbər verir ki, o, karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək. 27 yaşlı belçikalı müdafiəçi azad agent kimi “Əl-Şəbab”la müddəti gələn ilin iyununa qədər nəzərdə tutulan müqavilə bağlayıb. Denayer BƏƏ klubunda bu müddətdə 1,5 milyon avro maaş alacaq.
Ceyson “Mançester Siti”nin yetirməsi olsa da, bu komanda premyer-liqada oynamaq şansı qazanmayıb. O, indiyədək “Seltik”, “Qalatasaray”, “Sanderlend” və “Lion”da çıxış edib.