Gözlənildiyi kimi, Stiven Berqveyn “Tottenhem”dən ayrılıb. O, yenidən erediviziyada çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını “Ayaks”da davam etdirəcək. Niderland klubu onunla 5 illik müqavilə bağlayıb. “Tottenhem” bu keçidə görə 31,25 milyon avro qazanıb. Berqveyn İngiltərə klubuna 2020-ci ildə PSV-dən transfer olunmuşdu. O, son mövsüm meydana çıxdığı 25 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Stiven “Ayaks”da Sebastyen Hallenin yoxluğunu hiss etdirməməyə çalışacaq. Sonuncu karyerasını “Borussiya”ya davam etdirəcək. Dortmund klubu ona görə amsterdamlılara 35 milyon avro ödəyib ki, bu da “qara-qarılar”ın tarixində rekord göstəricidi. “Borussiya” ilə müddəti 2026-cı ilin iyununa qədər müqavilə imzalayan Halle ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 42 matda 34 qol vurub və 9 məhsuldar ötürmə edib.