• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Braziliya - Argentina matçı baş tutmayacaq!

Dünya futbolu

25-08-2022, 14:0

DÇ-2022-nin Braziliya - Argentina seçmə matçı ilə bağlı yeni xəbər yayılıb.

Football-plus.az xəbər verir ki, Argentina Futbol Assosiasiyası (AFA) başıbəlalı oyunun keçirilməyəcəyini bəyan edib.

Əvvəlcə Cənubi Amerika regionunun 2021-ci il sentyabrın 5-nə təyin olunan bir nömrəli derbisinin ilk dəqiqələrdəcə dayandırıldığını xatırladaq. San Pauludakı matçın dayanmasına Braziliya Milli Sağlamlığı Müşahidə Agentliyinin nümayəndələri ilə polislərin meydana daxil olması səbəb olmuşdu. Onlar Argentina yığmasının bəzi oyunçularının koronavirusa qarşı mübarizə üzrə qaydalara riayət etmədiklərini əsas gətirərək belə addım atmışdılar. Polislər Argentina millisinin düşərgəsinə İngiltərədən qoşulan 4 futbolçunu - Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso və Kristian Romeronu (hər ikisi “Tottenhem”) Braziliyadan deportasiya etmək istəmişdilər. Həmin dövrdəki qaydalara əsasən İngiltərədən bu ölkəyə gələn şəxslər 14 günlük karantindən keçməli idilər. Lakin 4 argentinalı futbolçunun Braziliyanın immiqrasiya işçilərinə yalan məlumat verməsi ciddi şübhələr doğurmuşdu. Onlar matça yaxın günlərdə İngiltərədə olmadıqlarını iddia etmişdilər. Halbuki Martines ilə Buendiya avqustun 28-də premyer-liqada “Aston Villa”nın “Brentford”la ev oyununda (1:1) iştirak etmişdilər, Buendiya hətta birmingemlilərin cavab qolunu vurmuşdu. Lo Çelso ilə Romero ertəsi gün “Tottenhem”in “Uotford”la oyununda meydana çıxmasalar da, hər ikisi ehtiyat oyunçular skamyasında görünmüşdü. Deməli, argentinalı futbolçuların Braziliyanın immiqrasiya xidmətinin əməkdaşlarını aldatdıqları dəqiq idi. Qalmaqalın daha bir maraqlı tərəfi odu ki, FİFA prinsipial oyunla bağlı hər iki tərəfə münasibətdə intizam işi açsa da, indiyədək cəzalanan olmamışdı...

Bu ilin əvvəlində “O Globo” qəzetinin xəbərində Braziliya Futbol Konfederasiyasının (BFK) FİFA-ya matçın məkanının dəyişdirilməsi xahişi ilə müraciət etdiyi bildirilirdi. Bu mənbəyə inansaq, derbi Avstraliyada və ya Asiya ölkələrindən birində təşkil edilə bilərdi. Ali futbol təşkilatının BFK-nın müraciətini müsbət cavablaması gözlənilirdi. Belə ki, artıq əzəli rəqiblərin yarımçıq qalan oyununun seçmə turnirdə elə bir ciddi əhəmiyyəti qalmamışdi. Səbəb çox sadə idi: həm Braziliya, həm də Argentina yığması bu ilin son aylarında Qətərdə keçiriləcək mundialda iştirakını daha tez təmin etmişdi.

AFA-nın yaydığı son məlumatda bu təşkilatın FİFA-ya 150 min İsveçrə frankı cərimə ödəyəcəyi, məbləğin bir hissəsinin COVID-19-a qarşı mübarizə proqramlarının reallaşmasına dəstək üçün Ümumdünya Səhiyyə Təşkilatına çatacağı bildirilir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-03-2022, 15:0

Braziliya - Argentina matçı Cənubi Amerikada baş tutmaya bilər

Dünya futbolu

30-03-2022, 23:0

Cənubi Amerika zonasının rəmzi komandası açıqlandı

Dünya futbolu

2-06-2022, 00:0

Argentina İtaliyanı darmadağın etdi - VİDEO

Aktual
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
Son xəbərlər
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə