UEFA “Bude/Qlimt” – “Roma” matçında baş verən insidentlə bağlı təhqiqata başlayıb.
Konfrans Liqasının 1/4 finalının ötən həftə Norveçdə keçirilən ilk oyunu ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi. Matçdan sonra tribunaaltı məkanda “Bude/Qlimt”i çalışdıran Kyetil Knutsen ilə “Roma”nın qapıçılar üzrə məşqçisi Nunu Santuş arasında qarşıdurma baş verib. İtaliya KİV-inin məlumatına görə, insidentə həmkarına hücum edən Knutsen səbəbkar olub. Lakin Norveç klubu qarşıdurmaya Santuşun şərait yaratdığını iddia edir.