“Everton”un oyunçusu Rişarlison başına iş açıb.
O, İngiltərə premyer-liqasının 35-ci turunun “Çelsi” ilə matçında azarkeşlərə qarşı təhlükəli hərəkət edib. 47-ci dəqiqədə vurduğu qolu bayram edən hücumçu azarkeşlərin atdığı məşəli götürərək yenidən tribunalara tullayıb. Artıq İngiltərə Futbol Assosiasiyası (İFA) bu hadisə ilə bağlı araşdırmaya başlayıb. Braziliyalı oyunçunun yolverilməz hərəkəti nəticəsində heç kim xəsarət almayıb, “Everton”a isə azarkeşlərdən şikayət daxil olmayıb.