"Turan Tovuz"un futbolçusu milli komandası ilə qələbə qazandı

28.09.2022 13:55 372
Dünya futbolu
“Turan Tovuz”un futbolçusu Siyanda Xulunun formasını geyindiyi Cənubi Afrika Respublikası millisi yoldaşlıq oyunu keçirib.

"Footbal-plus.az" xəbər verir ki, komanda Botsvana ilə üz-üzə gəlib. Matç CAR-ın qələbəsiylə başa çatıb – 1:0.

Xulu bu matçda iştirak edib. O, meydana kapitanlıq sarğısı ilə çıxıb və sona qədər oynayıb.