“Turan Tovuz”un futbolçusu millidə

19.09.2022 23:30 465
Premyer-liqa
"Turan Tovuz"un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinə çağırılıb.

Yığmanın kapitanlıq sarğısını da daşıyan müdafiəçi sentyabrın 24-də Syerra Leone, sentyabrın 27-sində isə Botsvanaya qarşı oyunlar üçün yığmaya dəvət alıb. Futbolçunun artıq millinin düşərgəsində olduğu bildirilib.