"Yeni yer tapdığım üçün çox xoşbəxtəm" - "Turan Tovuz"un legioneri

21.09.2022 10:11 479
Ölkə futbolu
"Turan Tovuz"un futbolçusu Siyanda Xulu açıqlama verib.

"Footbal-plus.az" "tdpelmedia.com" saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Azərbaycan klubuna keçidi haqda fikirlərini söyləyib:

"Bu yaşda Cənubi Afrikaya qayıtmaq fikrim yox idi. "Hapoel"lə müqaviləm ləğv edilsə də, Avropada oynamaq istəyirdim. Yeni yer tapdığım üçün çox xoşbəxtəm.

Bu, asan olmayacaq. Mənim üçün yeni mühit, liqa və mədəniyyədi. Həm özüm, həm də klubum üçün uğurlu mövsüm gözləyirəm".


Xulu bu ilin yayında "Turan Tovuz"la 1 illik müqavilə imzalayıb. Müdafiəçi premyer-liqada 3 oyuna çıxıb.