"Növbəti turlarda bütün çatışmazlıqlar aradan qaldırılacaq"

27.09.2022 13:19 501
Premyer-liqa / Manşet
Premyer-liqanın 7-ci turunun "Zirə" - "Qarabağ" matçında oturacaq sayı az olduğundan bir çox media nümayəndəsi qarşılaşmanı ayaqüstə izləmək məcburiyyətində qaldı.

Football-plus.az xəbər verir ki, "qartallar"ın mətbuat katibi Elmar Abdullazadənin buna cavabı belə oldu:

"Bildiyiniz kimi, Zirə İdman Kompleksinin stadionunda təmir və yenidənqurma işləri aparıldığından, ev oyunlarımızı müvəqqəti "Dalğa Arena"da keçirirdik. Təmirdən sonra "Qarabağ"la matça doğma meydanda çıxdıq. Bir çox məsələləri nəzərə almamışıq. Növbəti turlarda bütün çatışmazlıqlar aradan qaldırılacaq".


ABDULLA İSMAYILOĞLU