"Turan Tovuz"dan növbəti transfer

30.06.2022 16:01 645
Premyer-liqa
"Turan Tovuz" heyətinə yeni futbolçu qatıb.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi Eltun Turabovu transfer edib. Müdafiəçi ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Eltunun son klubu "Sumqayıt" olub.

Xatırladaq ki, "Turan Tovuz" 2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edəcək.