"Turan Tovuz" 2 yeni transfer etdi

28.06.2022 11:19 741
Premyer-liqa
"Turan Tovuz" heyətini iki yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq "Şamaxı"da çıxış edən qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyev qərb təmsilçisinə üz tutub.

Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.