"Qarabağ"ın rəqibi İngiltərəli futbolçu transfer etdi

3.09.2022 21:17 391
Dünya futbolu
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" növbəti transferini həyata keçirib.

"Footbal-plus.az" xəbər verir ki, Yunanıstan klubu "Nottingem Forest"dən Coş Bouleri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı ingiltərəli vinger 2022/2023 mövsümünü icarə əsasında "Olimpiakos"un heyətində keçirəcək.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.