Bir neçə gün əvvəl Qrem Potterin “Çelsi”yə yollanmasına mane olmayan “Brayton” rəhbərliyi seçim qarşısında qalıb.
İngiltərə klubu baş məşqçi vəzifəsinə iki əsas namizəddən birinə üstünlük verməlidi. Bu yay “Şaxtyor”dan ayrılan Roberto De Zerbi komandaya tezliklə təyinat ala bilər. “Brayton” rəhbərliyi 43 yaşlı italyan mütəxəssisdən başqa “Bude/Qlimt”in 53 yaşlı baş məşqçisi Kyetil Knutsenin də namizədliyini götür-qoy edir.