"Çelsi" komandaya yeni baş məşqçi təyin etməyə hazırlaşır.
"Football-plus.az" xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. London klubu hazırda "Brayton"u çalışdıran Qrem Potterlə razılığa gəlib. Təyinatın 24 saat ərzində rəsmən açıqlanacağı gözlənilir.
Potter bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Tomas Tuxeli əvəz edəcək.