“Şaxtyor” tezliklə baş məşqçisiz qalacaq?

3.05.2022 15:23 501
Dünya futbolu
“Şaxtyor” tezliklə baş məşqçi problemi ilə üzləşə bilər.

Ukrayna komandasını çalışdıran Roberto De Zerbi postunu tərk edə biləcəyinə işarə vurub. İtaliyalı mütəxəssis xeyriyyə matçından sonra jurnalistlərə belə açıqlama verib:

“Çox emosional və məyusedici gündü. Ona görə ki, bu, mənim “Şaxtyor”da məşqçi kimi sonuncu günüm ola bilər. Artıq hamı ilə - oyunçular və klubun rəsmiləri ilə söhbət etmişəm. Ölkə çempionatı keçiriləcəksə, burda qalmaq istərdim. Yox, vəziyyət indiki kimi qalacaqsa, normal həyata başlamaq və işləmək istərdim”.