Bu klubun rəhbəri komanda üçün 100 min manat xərcləyib

13.09.2022 15:37 767
Premyer-liqa / Günün xəbəri
0 xalla premyer-liqanın sonuncu pilləsində qərarlaşan “Kəpəz”lə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub.
 
“Football-plus.az” xəbər verir ki, klubun sabiq icraçı direktoru, hazırkı İdarə Heyətinin sədri İlqar Nadiri Gəncə təmsilçisi üçün öz pulunu xərcləyib. Gənc funksioner mövsümün əvvəlindən bu günə kimi komandanın, klub strukturunun formalaşması üçün 100 min manat “tərləyib”.
 
İlqar Nadiri xərclədiyi pulu dövlət tərəfindən klublara ayrılacaq 3 milyon manatdan götürəcək.

İLKİN SULTANLI