Nazarovun komandasının oyununda 5 qol

2.04.2022 09:54 486
Dünya futbolu
Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilir.

Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" "İnqolştadt"ın qonağı olub. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

Millimizin üzvü bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 62-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 19 xal toplayan "Erzgebirge" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.