Renatın komandası yenə uduzdu

16.04.2022 22:35 414
Dünya futbolu
Portuqaliya Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

Renat Dadaşovun formasını geydiyi "Tondela" səfərdə "Moreyrense"nin qonağı olub. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan millisinin üzvü bu oyunun iştirakçısı olub. 22 yaşlı forvard 61-ci dəqiqədə meydana daxil olub.

30 turdan sonra 25 xal toplayan "Tondela" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.