Mauro İkardi artıq PSJ-yə lazım deyil.
“RMC Sport”un məlumatına görə, Paris klubu 29 yaşlı hücumçunu “arzuolunmaz futbolçular” siyahısına daxil edib. Rəhbərliyin qərarı ilə argentinalı forvard əsas komandadan ayrı məşq edəcək. xatırladaq ki, İkardi Liqa 1-in ilk turunun “Klermon”la matçında (5:0) iştirak ərizəsinə daxil edilməmişdi. O, PSJ-də 2019-cu ildən oynayır.