"Qalatasaray"ın keçmiş futbolçusu "Beşiktaş"da

17.06.2022 22:04 566
Dünya futbolu
Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"dan Gedson Fernandesi rənglərinə bağlayıb. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.

"Beşiktaş" portuqaliyalı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalayacaq. Super Liqa təmsilçisi 23 yaşlı futbolçu üçün qarşı tərəfə 6 milyon avro ödəyəcək.

Gedson Fernandes son mövsümün ikinci yarısını icarə əsasında "Rizəspor"da keçirib. O, 2021-ci ilin yanvarından may ayınadək "Qalatasaray"da oynayıb.