Kərim Benzemanın bu il “Qızıl top”u qazanmaq şansı yüksək qiymətləndirilir.
“Real”ın prezidenti Florentino Peres fransalı hücumçunun bu mükafata yiyələnmək şansını dəyərləndirib:
“Bizim hücum xəttinin oyunçularına baxın. Benzema bu mövüm də qol vurmaq baxımından korluq çəkməyəcək. Yox, hansısa çətinliyə düşərsə, bu, digər hücumameyilli oyunçularımızın sayəsində hiss olunmayacaq. Benzemanın “Qızıl top”u qazanmaq şansı artıb? Məncə, bu mükafata ötən il də layiq idi, indi isə hamıdan artıq layiqdi”.