“Mançester Siti”dən 5-ci transfer

3.09.2022 17:33 306
Dünya futbolu
“Mançester Siti” bu yay 5-ci transferini reallaşdırıb.

Football-plus.az xəbər verir ki, Dortmund “Borussiya”sından Manuel Akanci transfer edilib.

Mərkəz müdafiəçisi ilə 5 illik müqavilə bağlanılıb. Akancinin İngiltərə çempionuna 18 milyon avroya satıldığı və müqavilədə 2 milyon avroluq bonusun da nəzərdə tutulduğu xəbər verilir.

Qeyri-rəsmi mənbələr onun yeni iş yerində ilə 11 milyon avro maaş alacağını da qeyd edir.