“Mançester Siti”nin 5-ci yeni oyunçusu oldu

1.09.2022 23:10 294
Dünya futbolu
“Mançester Siti” bu yay 5-ci transferini reallaşdırıb.

Dortmund “Borussiya”sından Manuel Akanci transfer edilib. Mərkəz müdafiəçisi ilə 5 illik müqavilə bağlanılıb. Akancinin İngiltərə çempionuna 18 milyon avroya satıldığı və müqavilədə 2 milyon avroluq bonusun da nəzərdə tutulduğu xəbər verilir. Qeyri-rəsmi mənbələr onun yeni iş yerində ilə 11 milyon avro maaş alacağını da qeyd edir.