"Borussiya"dan premyer-liqaya

31.08.2022 19:20 344
Dünya futbolu
Dortmund "Borussiya"sının müdafiəçisi Manuel Akanci komandasını dəyişib.

O, bundan sonra "Mançester Siti"nin şərəfini qoruyacaq. Futbolçu artıq tibbi müayinədən keçmək üçün İngiltərəyə gəlib. Uğurlu olarsa, o zaman isveçrəlinin Mançester klubuna keçməsinə heç bir maneə olmayacaq.

Dortmundlular 27 yaşlı futbolçu üçün 18 milyon avro alacaq. Müqavilədə daha 2 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.