Roma derbisinin tarixinə düşdü

21.03.2022 19:30 490
Dünya futbolu
İtaliya çempionatında 30-cu turun mərkəzi oyunu Romada keçirilib.

Paytaxt derbisində “Roma” “Latsio”nu 3:0 hesabı ilə məğlub edib. Hesab ilk dəqiqədə açılıb. Temmi Abraham 56-cı saniyədə qapıya yol tapıb. “Roma”nın ingilis hücumçusu bununla da A seriyası çərçivəsində paytaxt derbilərində ən erkən qolun müəllifi olub.

Əlavə edək ki, “Latsio”nun qapısına iki dəfə yol tapan Abraham “Roma”dakı debüt mövsümündə artıq 23 qol vurub. Bu planda Qabriel Batistuta ilə Vinçentso Montellanı (hər ikisi 21 qol vurub) arxada qoyan 24 yaşlı futbolçu indi yalnız “canavarlar”ın rekordçusu Rodolfo Volkdan (24) geri qalır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul