Güləşçilərimizdən rekord göstərici

27.07.2022 23:08 392
İdman
İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Football-plus.az xəbər verir ki, Azərbaycan millisi mundialda uğurlu çıxışla yadda qalıb. Belə ki, məsul yarışda iştirak edən 10 idmançımızdan 7-si fəxri kürsüyə qalxıb. Bu da son 10 ildə bu yaş qrupunda yunan-Roma güləşində ən yaxşı göstəricimizdi.

Romada Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) isə bürünc medal qazanıb.

Beləliklə, yığmamız 130 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran 135 xalla birinci, Gürcüstan isə 121 xalla üçüncü yeri tutub.

Xalların sayına bu nəticə U-17 dünya çempionatları tarixində yunan-Roma güləşimizdə yeni rekorddu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul