"Neftçi" İtaliya nəhəngləri ilə bir turnirdə

22.08.2022 20:50 799
Ölkə futbolu
"Neftçi"nin U-17 komandası İtaliyada turnirə qatılacaq.

Football-plus.az
xəbər verir ki, "ağ-qaralar" beynəlxalq Skopinyo Kubokunda iştirak edəcək. Ənənəvi yarışa təmsilçimizlə yanaşı, Türkiyənin "Fənərbağça", İtaliyanın "İnter", "Roma", "Napoli", "Latsio", "Salernitana", "Ternana", "Lodiciani 1927", "Yunayted Napoli", "Pol Kantalis" və Braziliyanın "Fluminense" klublarının müvafiq yaş qruplarından ibarət komandaları da qatılacaqlar.