"Football-plus.az" UEFA-nın saytına istinadən xəbər verir ki, qolkiper C qrupunda "Barselona", "İnter" və pley off-da "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Viktroriya" ilə keçirəcəkləri matçlar barədə danışıb:
"Barselona" və "İnter" qrup mərhələsində parlaq komandalardı: İki super klub, iki super stadion... Mən bu qrupdakı matçları səbirsizliklə gözləyirəm. Məqsədimiz qrupdan çıxmaqdı. Lakin Plzen "Viktoriya"sını da qiymətləndirməmək olmaz. Robert Levandovski ilə belə tezliklə görüşə biləcəyimiz isə çox xoşdu”.
Qeyd edək ki, Robert bu yay transfer pəncərəsində "Bavariya"dan "Barelona"ya keçib.





