Misli premyer-liqasının 3-cü turunun "Sabah" - "Neftçi" matçından (2:1) sonra qonaq komandanın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırdı.
"Footbal-plus.az" xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
- Biz tərəfdən çox pis oyun oldu. Ürəksiz, həvəssiz. Demək olar, heç nə yox idi. Bu oyunu futbolçularımla bərabər analiz edəcəyik. Belə oynayırıqsa, qələbəyə layiq deyilik. Daha yaxşı oynamalıyıq. Komandada kifayət qədər keyfiyyətli oyunçular var. Hər matça tam hazır olmalıyıq. Oyuna belə yanaşırsansa, qələbə qazanmaq şansın yoxdu. Pis oynasaq belə, ilk hissədə oyunun taleyini həll edə bilərdik. Matçın sonlarında baş verən epizodlar olmalı deyildi. İrəliyə baxmalıyıq. Sabahdan bu görüşü təhlil edəcəyik. Daha çox çalışacağıq.
- Bu gün taktikada həmkarınız Murad Musayevə uduzduğunuzu düşünürsüz?
- Deməzdim. Taktikadan danışanda söhbət dinamikadan gedir. Topa sahib olmağı planlaşdırırdıq. Mərkəzdə 3 texnikalı yarımmüdafiəçimiz var. Daha sürətli oynamalıyıq. İlk hissədə oyunçularım topu çox saxladı, hərəkət etmirdik. Meydanın mərkəzində böyük mübarizəli oyun gedirdi. Biz də buna hazır deyildik.
- "Rapid"lə oyundakı kimi, bu gün də əvəzetmə etmirdiz. Sonluq da eyni oldu...
- Dəyişiklik etmək asan deyil. Hesabda öndə idik. Həm arxada, həm da ortada kifayət qədər oyunçumuz var. Onlar yaxşı görsənirdi. Sadə epizodlardan penalti verdik rəqibə. Bunlara yol verməli deyildik. Biz ailə kimi düşünməliyik. Gənc və təcrübəsiz oyunçularımız da var. İkinci hissədə Mərt Çelik epizodda o cür getməli deyildi. Sadə vəziyyətdə penaltiyə yol verdik. Gənc oyunçudur, daha çox təcrübə qazanmalıdı. Son penalti haqda danışmaq istəmirdim. İrəli atıldıq ki, qol vuraq, amma arxada boşluq verdik.
- "Neftçi" ölkə çempionatındakı ilk ciddi sınaqdan məyus ayrıldı. Çətin olacağını düşünmürsüz?
- Belə oynasaq, hər oyun çətin olacaq. Oyunçular başa düşməlidi ki, "Neftçi"yə qarşı keçirilən oyunlar belə olacaq. Bizə qarşı mübarizə aparacaqlar, qalib gəlmək istəyəcəklər. İmkanlardan yararlana bilməsək, belə oyunlarda qələbə qazana bilmərik. Mənim üçün, komandam üçün belə məğlubiyyət utancvericidir. Bütün tənqidləri qəbul etməliyik. Başa düşməliyik ki, futbolu ürəklə oynamaq lazımdı.
- Komandanın belə oynamasında səbəb nədi?
- Orta xəttdə hərəkətlilik az idi. Bütün verdiyimiz qərarlar çox ləng oldu. Daha sürətli, tez oynamalıyıq. Düşünürəm ki, oyunun asan keçəcəyini fikirləşdik. "Rapid"lə ev oyunundakı yanaşmaya baxsaq, iki matç arasında yerlə göy arasında fərq var.
- Demişdiz ki, komandama hücum futbolu oynadacam. Ancaq meydanda bunu görmədik. Komandanın oyunundan narazısız. Bərbad oyunda günahkar kimi görürsüz?
"Böyük mübarizəli oyun gedirdi, biz də buna hazır deyildik" - Regekampf
Premyer-liqa

