Football-plus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "gəmiçilər"in baş məşqçisi Mahmud Qurbanov görüş haqda fikirlərini səsləndirib və daha sonra jurnalistlərin suallarını cavablandırdı:
"İlk qələbəmizi qazanmaq istəyirdik. Çalışdıq. Heç də pis başlamamışdıq. İkinci hissədə rəqibinin ilk hücumu qol oldu. Futboldu. Qarşıdakı oyunlara baxacağıq. Çalışacağıq ki, qələbə qazanaq".
- Matç ərzində hakimlərə iradınız çox olurdu. Buna səbəb nə idi?
- Hakimlərə o qədər də irad yox idi. Bəzi epizodlar var idi ki, fərqli qərarlar qəbul olunmalı idi. Olur belə şeylər. Kiçik epizodlar idi.
- Bu gün "Turan Tovuz" qələbəyə layiq idi, yoxsa "Səbail" zəif oynadı?
- Düşünürəm ki, "Turan Tovuz" yaxşı müdafiə olundu. İstədiyimiz oyunu sərgiləyə bilmirdik. Cinahlarımız o qədər də fəal deyildi. Qarşıdakı oyunlara baxacağıq.



