Qadın komandamız finalda - KONYA-2021

17.08.2022 20:01 324
İdman
Qadınlardan ibarət 3x3 basketbol növü üzrə yığma komandamız İslam Həmrəylik Oyunlarının finalında

5-ci İslam Həmrəylik Oyunlarının 1/2 final mərhələsində qadınlardan ibarət 3x3 basketbol növü üzrə yığmamız Özbəkistan komandası ilə qarşılaşıb. Rəqibinə qarşı görüşə sürətli başlayan qadın basketbolçularımız, yekunda 16-6 hesablı qələbə qazanıblar. Bu qələbədən sonra qadın komandamız finala yüksəlib.

Qeyd edək ki, yığmamız finalda Mali yığması ilə üz-üzə gələcək. Oyun bu axşam Bakı vaxtı ilə saat 21.10 -da başlayacaq.