Millimizin qrupdakı rəqibləri bilindi

6.07.2022 20:31 352
İdman
Türkiyənin Konya şəhərində avqustun 9-dan 18-dək keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının 3x3 basketbolu üzrə yarışların püşkatması olub.

"Football-plus.az" xəbər verir ki, püşk nəticəsində Azərbaycan komandalarının qrupdakı rəqibləri məlum olub.

Kişilərdən ibarət yığmamız B qrupunda Türkiyə, Mərakeş, Mali və Qabonla mübarizə aparacaq. Qadınlardan ibarət komandamız isə D qrupunda Türkmənistan, İndoneziya və Mali ilə yarışacaq.