Bu idman növü İslam Həmrəliyi Oyunları yarışlarından çıxarıldı

25.07.2022 12:43 489
İdman
Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəylik Oyunlarının kikboksinq proqramında dəyişiklik olunub.

Football-plus.az xəbər verir ki, adı çəkilən idman növünün "Point Fighting" yarışları bütünlüklə ləğv olunub.

Həmçinin kişilərdə "Low Kick"də 91 kq, "Full Contact"da 57 kq və +91 kq çəki dərəcələri üzrə mübarizə olmayacaq. Qadın kikboksçuların yarışında isə 48 və 70 kq çəki dərəcələri ləğv edilib.

Buna səbəb həmin çəki dərəcələrində idmançıların sayının azlığı olub.

Qeyd edək ki, 9-18 avqust tarixlərində keçiriləcək İslamiadada Azərbaycan 24 kikboksçu ilə təmsil olunacaq. Kikboksinq yarışları 16-18 avqust tarixlərində baş tutacaq.